Haqqımızda

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Yeni iqtisadi şəraitdə regional səviyyədə aqrar sahənin məhsuldar inkişafı və səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
Aqrar sahənin qarşısında duran mühüm məsələlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın səmərəliliyinin yüksəldilməsidir.
Məhz bu amili nəzərə alaraq, “Agrovita” MMC ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədilə 2015-ci ildən etibarən fəaliyyətə başlayıb. Toxum, gübrə, bioloji mübarizə məhsulları, pestisidlər və istixana ləvazimatlarının satışı ilə məşğul olan şirkət ölkəmizdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların böyük etibarını qazanıb.
İstehsalın intensivləsdirilməsi və səmərəliliyin artırılması məqsədilə Şəmkir, Göyçay, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Bərdə, Quba, Xaçmaz rayonlarında, həmçinin Bakı şəhərinin Qala qəsəbəsində “Agrovita” MMC-nin Sərgi Satış Mağazaları fəaliyyət göstərir...

Missiya


Xəstəliklərə və zərərvericilərə davamlı, yerli şəraitə uyğunlaşmış yüksək məhsuldar bitki sortlarının geniş yayılmasını təmin etmək, torpaqların münbitliyinin bərpası və artırılması, eyni zamanda ekoloji təmiz kənd təsərrüfatının inkişafına zəmin yaratmaq.

Vizyon


İdxal etdiyimiz məhsulların ekoloji təmiz və kənd təsərrüfatının tələblərinə uyğun olmasını təmin etmək. Məhsulların standartlarının insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit tələblərinə cavab verməsini təşkil etmək. İstehsal, emal və dövriyyə mərhələlərində ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarını uyğun şəkildə icra etmək. Aqrar-bizneslə məşğul olan kiçik və orta sahibkarlara dəstək olmaq.

Üstünlüklərimiz


Keyfiyyət və effektivliyimizi daimi şəkildə yüksəltmək.


Onlayn sifariş qəbul etmək imkanına malik olmaq.


Fəaliyyətimizdə yalnız bütün standartlara cavab verən müasir yanaşmalar tətbiq etmək.

Good Food. Organic Farming. Real Taste.

Morbi pretium odio in dapibus varius. Integer sagittis,tellus ac venenatis venenatis, ipsum ligula uctor lectus, suscipit velit quam quis turpis.Fusce scelerisque aliquet commodo.
Farm Fresh
100% Organic Milk
Organic Vegetables
100% Organic Milk
Vegetarian Food
100% Organic Milk
Farm Fresh
100% Organic Milk

Məhsullarımız


Əlaqə

Ünvan:

Hava Limanı-Zığ şossesi, 14-cü km

Telefon:

(+994 12) 565 06 31

(+994 12) 565 06 32

(+994 12) 565 06 33

E-mail:

info@agrovita.az

ABUNƏ OL

Yenilikdən xəbərdar olun
BİZİ İZLƏYİN

Copyright 2019 Agrovita. All Rights Reserved