Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Yeni iqtisadi şəraitdə, regional səviyyədə aqrar sahənin məhsuldar inkişafı və səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
Aqrar sahənin qarşısında duran mühüm məsələlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın səmərəliliyinin yüksəldilməsidir.
Məhz bu amili nəzərə alaraq “Agrovita” MMC ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədi ilə 2015-ci ildən etibarən fəaliyyətə başlayıb. Toxum, gübrə, bioloji mübarizə məhsulları, pestisidlər və istixana ləvazimatlarının satışı ilə məşğul olan şirkət ölkəmizdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların böyük etibarını qazanıb.
İstehsalın intensivləşdirilməsi və səmərəliliyin artırılması məqsədi ilə Şəmkir, Göyçay, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Bərdə, Quba, Xaçmaz rayonlarında, həmçinin Bakı şəhərinin Qala qəsəbəsində “Agrovita” MMC-nin Sərgi Satış Mağazaları fəaliyyət göstərir.
Xəstəliklərə və zərərvericilərə davamlı, yerli şəraitə uyğunlaşmış yüksək məhsuldar bitki sortlarının geniş yayılmasını təmin etmək, torpaqların münbitliyinin bərpası və artırılması, eyni zamanda ekoloji təmiz kənd təsərrüfatının inkişafına zəmin yaratmaq.
İdxal etdiyimiz məhsulların ekoloji təmiz və kənd təsərrüfatının tələblərinə uyğun olmasını təmin etmək. Məhsulların standartlarının insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit tələblərinə cavab verməsini təşkil etmək. İstehsal, emal və dövriyyə mərhələlərində ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarını uyğun şəkildə icra etmək. Aqrar-bizneslə məşğul olan kiçik və orta sahibkarlara dəstək olmaq.
Ünvan:
Hava Limanı-Zığ şossesi, 14-cü km
Telefon:
(+994 12) 565 06 31
(+994 12) 565 06 32
(+994 12) 565 06 33
E-poçt:
info@agrovita.az
Copyright 2023 Agrovita. All Rights Reserved